Adil Şükürov "Kəpəz"in büdcəsinin keçən ildəkindən 200 min azaldığını açıqladı: "Premyer Liqadan düşməyəcəyik"

"Kəpəz" Misli Premyer Liqasının III turunda "Turan Tovuz"a 0:3 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq əvvəlcə oyunla bağlı danışıb.

- Yeni komandayıq və özünə gəlməsi üçün vaxt lazımdı. Bilmirəm bu vaxt nə qədər olacaq. Yeni futbolçuların yerli çempionata uyğunlaşması vacibdi. Bu baş versə, işimiz daha asan olacaq. Qarşıda daha yaxşı oyunlarımız olacaq.

- Ev oyununuzu səfər kimi keçirdiniz. Bu, komandanın oyununa necə təsir edir?

- Keçən ildən bunu yaşayırıq. Hələ ki, stadionumuz yoxdu. Gəncədə oynasaq, fərqli olar. Komanda formalaşmalıdı, oyunçular bir-birini hiss etməlidi. Bunlar hamısı oyunumuza təsir edir.

- Bu legionerlər "Kəpəz"ə nə qədər fayda verir? Olmazdı ki, onların əvəzinə "Şamaxı" kimi yerli, tanıdığınız oyunçular transfer edəsiz?

- "Şamaxı" gördüyünüz kimi həmin vaxt aşağı liqaya düşdü. Bunu istəmirik, düşməyəcəyik də. Komanda yenidən qurulur. Hələ heyətə yeni futbolçular cəlb edirik. Bizə "Kəpəz"in Premyer Liqada qalması lazımdı və bunu reallaşdıracağıq.

- Sizin üçün "Kəpəz"in sponsorun olması realdır, yoxsa komandanın Premyer Liqada qalması?

- Mənim üçün daha çox Premyer Liqada qalmaq önəmlidi. İndi futbolçular üçün maaş büdcəsi 800 manatdı, keçən ilkiylə indiki arasında azalaraq 200 min manat fərq var. Bu, bizim kimi komanda üçün az məbləğ deyil. O məbləğ bir neçə futbolçunun maaşını qarşılamağa yetərdi. Bilirik ki, komandanı Premyer Liqada saxlamaq çətin olacaq. Amma inşallah, buna nail olacağıq. Buna inanıram.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC