Ronaldo mükafatlandırma mərasimində iştirak etmədi, baş məşqçisi qovuldu

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu baş məşqçi Luis Kastro ilə yollarını ayırıb.

Presssport.az xəbər verir ki, 62 yaşlı mütəxəsssislə müqaviləyə xitam verilib. 

Buna səbəb Kriştiano Ronaldonun kapitanı olduğu komandanın Super Kubokun final matçında “Əl-Hilal”a 1:4 hesabı ilə məğlub olmasıdı.

Kastro ötən ilin yayında “Əl-Nəsr”in baş məşqçisi təyin olunmuşdu və klubla müqaviləsi 2025-ci ilə qədər idi. Portuqaliyalı mütəxəssis əvvəlllər “Rio Ave”, “Çaves”, “Vitoria Gimaraeş”, “Şaxtyor”, “Al Duhail” və “Botafoqo”nu çalışdırıb.

Onu ad bildirək ki, Ronaldo matçdan sonra təşkil olunan mükafatlandırma mərasimində iştirak etməyib. 39 yaşlı portuqaliyalı hücumçu matçın final fitindən sonra dərhal meydanı tərk edib və mükafatlandırma mərasiminə qayıtmayıb. Ronaldo sözügedən görüşdə 1 qol vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC