Renduliç xorvatlara "Zirə" haqda da danışıbmış, indi də "Qarabağ"ı incələdi: "Qurban Qurbanovun bütün səlahiyyətləri var, heç kim onun işinə qarışmır"

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb "Dinamo"suyla duel öncəsi Xorvatiya mətbuatına danışıb.

Presssport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Ağdam klubunu oyunlardan öncə daha intensiv təhlil etməyə başladığını vurğulayıb: “Ən böyük keyfiyyətləri zəngin təcrübəyə malik olmalarıdı. Eyni zamanda heyətlərini demək olar, dəyişmirlər. Bu yay Andrey Lunyov komandanı tərk etdi, amma onun əvəzinə də iki qapıçı gətiriblər. “Qarabağ” ölkə çempionatında dominant komandadı. Ötən il avrokuboklarda “Bayer”lə son dəqiqəyə kimi mübarizə aparmaqla güclərini göstərdilər”.

Renduliç Azərbaycan çempionunun heyətində yaxşı yerli və əcnəbi oyunçular olduğunu söyləyib: “Avropa arenasında daha çox legionerlərə üstünlük verirlər. Hücum xəttində braziliyalı Juninyo var. Hansı ki, çox yaxşı hücumçudu və istənilən komandaya qol vura bilər. “Qarabağ” topa sahib olmaq baxımından da yaxşıdı. Cinahlarda Yassin Benzia və fransalı Abdullah Zubir ”cəhənnəm oyunçuları"dı. Topla çox yaxşı davranırlar. “Qarabağ” ciddi hörmətə layiqdi. “Dinamo” üçün çətin oyunlar olacaq. Düzdür, fərdi keyfiyyətlər baxımından Zaqreb klubu daha yaxşıdı. Ancaq bərabərsəviyyəli oyun gözləyirəm".

Renduliç həmyerlilərinə “Zirə” haqda da bilgilər veribmiş: "Bu komanda Konfrans Liqasında “Osiyek”i sıradan çıxardı. Xorvatlara demişdim ki, “Zirə” ciddi komandadı, onlarla zarafat etməyin. Azərbaycan çempionatı gərgin və dinamikdi. Daxili yarışda az azarkeş olsa da, “Qarabağ”ın Avropa oyunlarında tribunalar dolu olur. Baş məşqçisi Qurban Qurbanovun bütün səlahiyyətləri var və istədiyi oyunçunu seçə bilir, heç kim onun işinə qarışmır”.

Renduliçin fikrincə, qarşıdakı duelllərdə "Qarabağ"a daha rahat olacaq: “Çünki pley-off mərhələsində itirəcəyi heç nə yoxdu. Onsuz da Avropa Liqasını təmin ediblər. Buna baxmayaraq, “Dinamo”da da vəziyyət eynidi. amma xorvatlar Çempionlar Liqasının əsas mərhələsinə getmək istəyir və təzyiq altındadı”.

Onu da bildirək ki, Renduliç zaqreblilərin baş məşqçisi Sergey Yakiroviçlə komanda yoldaşı olub. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC