"Neftçi" "Sabah"ı Zirədə qəbul etdi, ilk məğlubiyyətini aldı

Bu gün Misli Premyer Liqasında III tura yekun vurulub.

Presssport.az xəbər verir ki, bağlanış matçı Zirədə baş tutub.

Belə ki, "Neftçi" Zirə İdman Kompleksinin stadionunda "Sabah"ı qəbul edərək 0:2 hesabıyla uduzub.

Bu, “ağ-qaralar”ın ukraynalı baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında ilk məğlubiyyəti olub.

Xatırladaq ki, “Qarabağ”la "Zirə" avrokuboklarda pley-off mərhələsindəki oyunlara daha yaxşı hazırlaşmaq məqsədilə bu turdakı oyunları təxirə salındığından 3 görüş keçirilib.

18 avqust (bazar)

“Neftçi” – “Sabah” 0:2
Qollar: A. Seydiyev, 54. C-L. Mikels, 76
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Fərid Hacıyev
VAR: Əliyar Ağayev
AVAR: İnqilab Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov

Bakı. Zirə İdman Kompleksinin stadionu
“Neftçi”: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 90. Ramil Şeydayev, 14. Edvin Kuç, 4. Mark Tamaş, 6. Rafael Quzzo, 44. Yuri Matias, 23. Robert Bauer, 11. Kilan Lebon, 88. Andrey Ştoqrin

Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 13. Emil Səfərov, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 9. Andre Şinyaşiki, 20. Alfa Konte, 77. Yeqor Boqomolski

Baş məşqçi: Roman Qriqorçuk

“Sabah”: 1. Yusif İmanov, 10. Namik Ələskərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy-Lens Mikels, 44. Sofian Çakla, 18. Pavol Safranko, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıye, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 21. İldar Alekperov, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 88. Xəyal Əliyev, 40. İqor Noqeyra, 99. Neqoş Kupusoviç

Baş məşqçi: Krunoslav Renduliç

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC