Renduliş "Neftçi"yə heç bir şans vermədiklərini açıqladı: "Onu yaraşıqlı olduğu üçün meydana buraxmadım ki..."

"Sabah" Misli Premyer Liqasının III  turunda səfərdə "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.

Presssport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə oyunla bağlı fikirlərini bölüşüb.

- Futbolçularımı təbrik edirəm. Qələbəyə layiq idik. Bu barədə heç bir şübhə ola bilməz. İlk saniyələrdən məqsədimiz 3 xal götürmək idi. Bir ay arzində 7-ci oyunumuz idi. Bu oyun göstərdi ki, fiziki cəhətdən hazırıq. Bu, bmental cəhətdən də güclü olduğumuzu göstərir. Xoşbəxtəm ki, qapımızda qol görmədik. "Neftçi"yə heç bir şans vermədik. Onlar qapımızda qol vəziyyəti yarada bilmədi.

- "Sabah" yaxşı müdafiə olundu, yoxsa "Neftçi" yaxşı hücum futbolu göstərə bilmədi?

- "Neftçi" hücumda pis çıxış etdi. Bu, bizlik deyil, onlarlıqdı. 

- Şakir Seyidov meydana daxil olarkən ona dediniz ki, özünü göstər, sonra demə ki, niyə ehtiyatda qalıram. Bir futbolçuya belə demək nə dərəcədə düzgündü?

- Onu yaraşıqlı olduğu üçün meydana buraxmadım ki…Göstərişlərimi yerinə yetirsin deyə oyuna saldım. Bir futbolçunun oyuna daxil olarkən tribuna ilə danışması düzgün deyil.

- Ardıcıl məğlubiyyətlərdən sonra klub rəhbərliyinin sizə xəbərdarlığı oldu?

- Rəhbərliklə demək olar ki, hər gün danışırıq. Nəticələr futbolda normaldı. Bəzən istədiyin kimi olmur. İki “cəbhə”də vuruşmaq hər kəs üçün ağırdı. Amma bu gün oyunçularımın reaksiyası mükəmməl idi.

- "Qarabağ"ın "Dinamo"nu keçmək şanslarını necə dəyərləndirirsiniz?

- "Osiyek"lə oyundan öncə Xorvatiya mətbuatına bildirmişdim ki, "Zirə" çox ciddi rəqibdi, keyfiyyəti var. "Zirə" göstərdi ki, mən haqlıydım. "Qarabağ" haqda da demişəm ki, çox yaxşı komandadı, hücumda istedadlı oyunçuları var. Bu, həqiqətdir. Avropada son illərdə müləmməl nəticələr göstəriblər. "Qarabağ"la oyunlar "Dinamo" üçün çox ağır olacaq. Bizi iki çox maraqlı matç gözləyir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC