"Dinamo" - "Qarabağ" oyununun hakimləri açıqlandı

Zaqreb "Dinamo"su və “Qarabağ” arasında keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun hakim təyinatları bəlli olub.

Presssport.az xəbər verir ki, qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb.

Belə ki, FİFA referisi Qlenn Nyuberqə yan xətdə Mahbod Beiqi və Andreas Söderkvist kömək edəcək. Dördüncü hakim funksiyasını Adam Ladebak yerinə yetirəcək.

VAR-da almaniyalı Bastian Dankert, AVAR-da onun həmyerlisi Yohan Pfeyfer əyləşəcək.

Xatırladaq ki, avqustun 20-də Zaqrebdə "Maksimir" stadionunda reallaşacaq matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC