"Qarabağ"la matçda da eyni ruh yüksəkliyi ilə oynayacağıq" - "Dinamo"nun müdafiəçisi

Zaqreb “Dinamo”sunun futbolçusu Stefan Ristovski ölkə çempionatında "Şibenik" üzərində qazandıqları böyükhesablı qələbəni (3:0) şərh edərkən, Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”la keçirəcəkləri ilk oyuna da toxunub. 

Presssport.az xəbər verir ki, Xorvatiya nəhənginin aparıcı müdafiəçisi Azərbaycan çempionuyla ev matçına da eyni ruh yüksəkliyi ilə çıxacaqlarını söyləyib: "Şibenik"ə qarşı əla oynadıq. Düzgün yanaşmamız var idi. Ciddi müdafiə oyunu nümayiş etdirdik və aktiv olduq. Çox məmnunam. Npvbəti həftə Çempionlar Liqasına start verəcəyik. İnanıram ki, “Qarabağ”la qarşılaşmda da eyni ruh yüksəkliyi ilə oynayacağıq".

Xatırladaq ki, komandalar arasında ilk oyun avqustun 20-də “Maksimir” stadionunda Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC