Basketbol millilərimiz Avropa Kubokunda mübarizə aparacaq

Azərbaycanın 3x3 basketbol üzrə kişi və qadınlardan ibarət milliləri Avropa Kubokunda çıxış edəcək.

Presssport.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, mübarizəyə ilk olaraq qadın millimiz start verəcək.

İspaniya və Avstriya yığmaları ilə qarşılaşacaq kollektiv qrupda ilk oyunu avqustun 22-də, Bakı vaxtı ilə saat 15:40-da İspaniyaya qarşı keçirəcək. Milli 2-ci oyunda isə saat 19:15-də Avstriya ilə üz-üzə gələcək.

Kişi millimizin qrupdakı rəqibləri Avstriya və Niderland seçmələri olacaq. İlk oyun avqustun 23-də, Bakı vaxtı ilə saat 15:40-da Niderlanda, ikinci görüş isə 19:15-də Avstriyaya qarşı olacaq.

Onu da bildirək ki, turnir avqustun 22-25-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaq. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC