“Zirə” böyük ambisiyaları olan klubdu və daim Avropa yarışlarında mübarizə aparacaq komanda olmağa çalışır"

“Zirə”nin şimali makedoniyalı məşqçisi Borçe Xristov Bakı klubunun ölkə çempionatında və avrokuboklarda qazandığı uğurlardan danışıb.

Presssport.az xəbər verir ki, təcrübəli mütəxəssis qəsəbə təmsilçisinin son mpvsümə və avrokuboklarda hazırda keçdikləri yola nəzər salıb: “Ötən mövsüm çempionatda 2-ci yeri tutaraq, Avropa Liqasının təsnifat mərhələsində iştirakımızı təmin etdik. Moldovanın “Şerif” klubu ilə qarşılaşdıq və penaltilər seriyasında məğlub olduq. Daha sonra Konfrans Liqasında “DAC 1904” (4:0, 2:1) və “Osiyek”i (1:1, 2:2, penaltilərdə 2:1) məğlub etdik. İndi bizi Kiprin “Omoniya” klubu ilə pley-off mərhələsinin oyunları gözləyir”.

Xristovun fikrincə, Azərbaycanda klublar şəraitə və infrastruktura böyük sərmayə qoyur: "Və illər keçdikcə çempionatın keyfiyyəti artır, eyni zamanda millinin özünün də keyfiyyəti yüksəlir. “Qarabağ”, “Neftçi”, “Sabah”, “Sumqayıt”ın büdcəsi bizdən qat-qat yuxarı olsa da, "Zirə" tarixində 2-ci yeri tutaraq ən yaxşı nəticəni qazana bilib. Biz də kubokun finalına çıxdıq, ancaq “Qarabağ”a uduzduq (1:2)”.

O, “Zirə”yə geri qayıtması barədə da danışıb: “Keçən yay klub məni dəvət edəndə “Zirə”yə qayıtdım. Pandemiyadan əvvəl, 2020-ci ildə artıq orada işləyirdim. Lakin sonra COVİD səbəbindən Şimali Makedoniyaya qayıtmalı oldum. “Zirə” böyük ambisiyaları olan klubdu və daim Avropa yarışlarında mübarizə aparacaq komanda olmağa çalışır".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC