Ozobiç də həmyerlilərini xəbərdar etdi: "Qarabağ"ın əsas resepti odur ki, Qurban Qurbanov 15 ildir komandaya rəhbərlik edir"

"Neftçi" və Azərbaycan milli komandasının yarımmüdafiəçisi Filip Ozobiç Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın “Dinamo” (Zaqreb) klubları arasında keçiriləcək matçla bağlı Xorvatiya mətbuatına danışıb.

Presssport.az verir ki, öz ölkəsinin mətbuatına müsahibə verən 33 yaşlı milliləşdirilən xorvatiyalı futbolçu ilk olaraq sabiq klubu haqda danışıb:

  • - “Dinamo”nun çox çətin anlar yaşayacağını deyə bilərəm. Bugünlərdə Bakıda hava çox istidi - 35 dərəcədən yuxarı. Amma rütubət də çox yüksəkdi. Bir çox komandalar belə şəraitdə işinin öhdəsindən gəlməkdə çətinlik çəkir. Xüsusi vurğulamaq lazımdırsa, bu da Juninyodu. Ən böyük təhlükəni o yaradır. Baxmayaraq ki, əslində “Qarabağ” bütün komanda olaraq çox yaxşıdı. "Qarabağ"ın əsas resepti odur ki, Qurban Qurbanov 15 ildən artıqdır komandaya rəhbərlik edi".

- “Bayer” Avropa Liqasının son mövsümündə “Qarabağ”la matçlarda çox əziyyət çəkdi?

- Bəli, almanlar bu matçlarda çox problem yaşadı. “Qarabağ” “Braqa”, “Olimpiakos” və “Nant” kimi klubları da məğlub edib. Təbii ki, Avropanın digər komandalarına yenib, lakin belə böyük adları olanları yox.

- Xorvatiyada hamı əmindi ki, “Dinamo” asan rəqiblə qarşılaşacaq. Amma görünür, bu belə deyil?

- Qətiyyən yox. Düşünürəm ki, Xorvatiyada insanlar - Azərbaycan futbolu, xüsusən də klub futbolu haqqında çox az şey bilir. Yenə deyirəm ki, “Qarabağ”ın bütün bu uğurları təsadüfi deyil.

- Sən də bu komandada oynamısan. “Qarabağ”ı niyə tərk etdin?

- Beş il orada çıxış etdim. Niyə ayrıldım? Bilmirəm. Sadəcə, belə oldu. Heç bir səbəb yox idi, sadəcə, o zaman klubu dəyişməyə qərar verdim.

-“Qarabağ” “Dinamo”nu Çempionlar Liqasından kənarlaşdırsa, buna üzüləcəksən? Axı, 5 il Azərbaycan klubunda oynayıb, “Hayduk”a üstünlük verirsən…

- Ən yaxşı insan qalib olsun.

- Komandalar arasında keçiriləcək oyuna canlı baxacaqsız?

- İmkanım olsa, stadiona getməyə çalışacam. Məncə, komandaların şansı 50/50-dir. “Dinamo”ya xəbərdarlıq etməliyəm ki, onları Bakıdakı stadionda 30 min azarkeş gözləyəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC