AVF Qaxda 16 yaşadək voleybolçu qızlar üçün düşərgə təşkil edib

Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən növbəti dəfə 16 yaşadək qızlar üçün düşərgə təşkil olunub.

Presssport.az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantı Qaxda baş tutur.

22 idmançıya yeniyetmə və gənc qızlardan ibarət milli komandaların baş məşqçisi Şahin Çatma rəhbərlik edir.

16 yaşadək (U-16) qızlardan ibarət komandanın formalaşdırılması məqsədi ilə təşkil olunan və avqustun 26-dək davam edəcək düşərgə fiziki və texniki məşqlərdən ibarətdi.

Həmçinin qızlara voleybolun incəlikləri öyrədilir, onların daha yaxşı forma yığması üçün müxtəlif proqramlar həyata keçirilir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC