"Qarabağ" səfərdə 7 qol vuraraq bizə mesaj verdi, bu, bizim üçün böyük xəbərdarlıqdı" - Yakiroviç

Zaqreb "Dinamo"sunun baş məşqçisi Sergey Yakiroviç klubu Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”la sabahkı matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. 

Presssport.az xəbər verir ki 47 yaşlı xorvatiyalı mütəxəssis Azərbaycan çempionunun heyətində yaxşı oyunçuların olduğunu söyləyib: "Uzun müddətdir bir yerdə çıxış edən ciddi komanda ilə qarşılaşırıq. Oyuna maksimum köklənməliyik. Onlar ötən mövsüm "Bayer"i çətin duruma saldılar. Son Çempionlar Liqası matçında səfərdə 7 qol vuraraq bizə mesaj verdilər. Bu, bizim üçün böyük xəbərdarlıqdı. "Qarabağ" bir neçə fərdi ustalığı yaxşı olan oyunçuya malikdir. Rəqibin hücum xəttində çox yaxşı oyunçular var. Abdullah Zubir, Yassin Benzia, Juninyo, Julio Romao - bu dörd oyunçu ən böyük təhlükədir. Onların müdafiəsinin necə olduğunu isə görəcəyik".

Yakiroviç istəyərdi ki, sabah hər şey həll olunsun: "Ancaq bilirəm ki, bu, hələ birinci hissədi. Çempionlar Liqasında zəif rəqib yoxdu, hamısı öz ölkələrinin çempionudu".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC