"Qarabağ" son dərəcə ciddi və cəlbedici komandadı" - "Dinamo"nun hücumçusu

"Qarabağ" son dərəcə ciddi və cəlbedici komandadı. Hücum futbolu oynayır. Bu rəqibə hörmət edirik, amma gücümüzü və keyfiyyətimizi bilirik. Qalib gəlmək istəyirik".

Presssport.az xəbər verir ki, bu sözləri Zaqreb "Dinamo"sunun futbolçusu Sandro Kulenoviç Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la keçiriləcək oyun üçün bu gün təşkil edilən mətbuat konfransında deyib.

Xorvatiyalı hücumçu komandasının yaxşı formada olduğunu vurğulayıb: "Mövsümə uğurlu başladıq, çoxlu qol vururuq. Mənim üçün də mövsü yaxşı start götürdü və buna şadam. Neçə dəqiqə oynamağımdan asılı olmayaraq, əlimdən gələni etməyə çalışıram".

Xatırladaq ki, sabah keçiriləcək “Dinamo” - “Qarabağ” görüşü Bakı vatı ilə saat 23:00-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC