"Əlimizdən gələni edəcəyik ki, bu şansdan faydalanaq və qrup mərhələsinin qapısını bir az da açaq" - Zubir

"Zaqrebdə olmağa çox şadam. Sabahkı oyuna tam hazırıq".

Presssport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Abdullah Zubir Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" (Xorvatiya) ilə sabah keçriləcək səfər matçından əvvəl təşkil edilən mətbuat konfransında deyib.

Bu mövsümdə kapitan sarğısını daha çox daşıyan təcrübəli fransalı yarımmüdafiəçi məqsədlərinin qrup mərhələsində iştirak etmək olduğunu vurğulayıb: "İlk mərhələdən məqsədimiz pley-offa vəsiqə qazanmaq idi. Artıq bu mərhələdəyik və sabah ilk oyuna çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, bu şansdan faydalanaq və qrup mərhələsinin qapısını bir az da açaq".

Xatırladaq ki, sabah keçiriləcək “Dinamo” - “Qarabağ” görüşü Bakı vatı ilə saat 23:00-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC