"Qarabağ" rekordu təkrarlayıb - avrokuboklarda

"Qarabağ" avrokuboklarda rekordu təkrarlayıb.

Presssport.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) məlumat yayıb.

Belə ki, Azərbaycan çempionu bir matçın əlavə vaxtında 4 qol vuran 5 komandadan 1-i olub.

"Köhlən atlar" Bolqarıstanda "Ludoqorets"ə qalib gəldiyi (əsas vaxt - 3:2) III təsnifat mərhələsinin cavab matçının əlavə vaxtında rəqibini məyus edib.

Daha əvvəl Almaniyanın “Ştutqart” (1973/74 mövsümü), Fransanın "Lans" (1977/78), Kiprin "Omoniya" (2016/17) və Belarusun “Dinamo” (Minsk, 2018/19) klubları avrokuboklarda əlavə vaxtda 4 dəfə fərqlənib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC