Gündoğan milli karyerasını bitirdi: "Ölkəm üçün 82 oyuna çıxdığıma görə qürur hissi keçirirəm"

"Barselona"nın futbolçusu İlkay Gündoğan Almaniya millisindəki karyerasını başa vurub. 

Presssport.az xəbər verir ki, bu barədə 33 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında məlumat verib.

İlkay bu qərarı vermək üçün bir müddət fikirləşməli olub: "Bir neçə həftə düşünəndən sonra belə qənaətə gəldim ki, milli komandadakı karyeramı bitirməyin vaxtı çatıb. Ölkəm üçün 82 oyuna çıxdığıma görə qürur hissi keçirirəm".

Gündoğan yığmanın heyətində meydana çıxdığı 82 oyunda 19 qol vurub. Əslən türkiyəli futbolçu AVRO-2024-də Bundestimin kapitanı olub və bu sarğını daşımış ilk qeyri-alman kimi tarixə düşüb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC