Zaqreb "Dinamo"suna qol vuran sabiq "Qarabağ"lı: "Cütün taleyini Zaqrebdəki ilk oyunda həll etmək mümkündü"

Azərbaycan millisinin keçmiş futbolçusu Zaur Ramazanov "Qarabağ"ın Çempionlar Liqasının pley-offunda "Dinamo" (Xorvatiya) ilə keçirəcəyi oyunlar barədə fikirlərini bölüşüb.
Presssport.az xəbər verir ki, ağdamlıların sabiq hücumçusu açıqlamasında 2007/08 mövsümündə "Xəzər Lənkəran"ın heyətində qitənin ən nüfuzlu klub turnirində Zaqreb klubunun qapısına qol vurduğu görüşü (1:1) də yada salıb: "Həmin "Dinamo" çox güclü idi, heyətində Luka Modriç, Eduardo da Silva, Mario Mancukiç çıxış edirdilər. Buna baxmayaraq, onlara qarşı, demək olar, başabaş oynadıq. Amma səviyyəcə bizdən güclü idilər. Cavab görüşündə bu və taktiki cəhətdən bizi üstələdilər (1:3). Taktiki planda çatışmazlıq hiss olunurdu: bir taktikamız var idi və matç boyunca, demək olar, dəyişmədi.
Hazırkı "Dinamo" "Qarabağ" üçün çox yaxşı rəqibdir. Zaqreblilərin Xorvatiya çempionatında "Osiyek"lə matçını (2:1) izlədim. Məni heç nə ilə təəccübləndirmədilər. Ağdam təmsilçisi bu komandanı keçə bilər. "Dinamo" ilə oynamaq və onlara qalib gəlmək olar. İnanıram ki, bu rəqib Azərbaycan çempionunun “dişi”nə görədir. Hətta ehtimal edə bilərəm ki, cütün taleyini Zaqrebdəki ilk oyunda həll etmək mümkündür. "Qarabağ" səfərdə daha rahat çıxış edir. Komandamızın sabahkı görüşdə 2:0 hesablı qələbəsi məni təəccübləndirməyəcək. Böyük ölçüdə məsələni Xorvatiyada həll etmək olar".
Qeyd edək ki, avqustun 20-də "Maksimir" stadionunda reallaşacaq matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab oyunu avqustun 28-də gerçəkləşəcək (azerisport.com).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC