AFFA-nın bayrağı altında keçirilən liqalarda 2024/2025 mövsümünün püşkü atılıb

AFFA-nın bayrağı altında təşkil edilən U-15, U-16, U-17 və Gənclər Liqasında 2024/2025 mövsümünün püşkatma mərasimi keçirilib.

Presssport.az xəbər verir ki, U-15 və U-16 Liqasının hər birində 15 komanda çıxış edəcək.

Komandalar A qrupu (15 komanda) və Naxçıvan Muxtar Respublikası üzrə B qrupu olmaqla iki qrupa bölünüb. Birinci mərhələ 2 dövrədən ibarət olmaqla dairəvi sistemlə keçiriləcək. B qrupundakı komandaların bölgüsü Naxçıvan Muxtar Respublikası üzrə iştirak edən kollektivlərdən formalaşdırılır. Bu yaş qruplarının A qrupunda ilk 7 yerin, B qrupunda isə 1-ci yerin sahibi final mərhələsində ev-səfər prinsipinə əsasən pley-off sistemi ilə yenidən qarşılaşacaq.

AFFA U-17 və Gənclər Liqası isə 3 dövrədən ibarət olacaq. U-17 Liqasında 15 komanda, Gənclər Liqasında 13 komanda mübarizə aparacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC