Ağabala Ramazanov "Zirə"yə qayıdacaq

Millimizin sabiq futbolçusu Ağabala Ramazanov məşqçiliyə başlayaraq "Zirə"də çalışacaq.

Bu haqda Presssport.az-a klubdan məlumat verilib.

Vaxtilə qəsəbə təmsilçisinin kapitanı olmuş Ağabala indi onun futbol akademiyasında aşağı yaş qruplarından ibarət komandalarının birinə rəhbərlik edəcək.

Xatırladaq ki, Ramazanov son olaraq "Səbail"də çıxış edərək onun heyətində aldığı zədəyə görə futbolçu karyerasını başa vurmağa qərar vermişdi. 

31 yaşlı keçmiş hücumçu "Neftçi", "Xəzər Lənkəran", "Sumqayıt", "İnter"(indiki "Şamaxı"), "Qarabağ", "Səbail" klublarında çıxış edib. O, millimizdə 18 oyuna 1 qol vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC