Yurçeviç "Qarabağ"ı xorvatlara incələdi: "Qurban Qurbanov Qvardiolanın və onun üslubunun pərəstişkarıdı"

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Nikola Yurçeviç Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” və “Dinamo”nun qarşılaşmaları haqda danışıb.

Presssport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis öz ölkəsinin mətbuatına müsahibəsində Zaqreb klubuna üstünlük verdiyini, amma Azərbaycan çempionuna çox yaxşı olduğunu vurğulayıb: “Çempionatda üstünlüyü baxımından “Dinamo”ya bənzəyir, həm də avrokuboklarda yaxşı nəticələri var. “Bayer”lə matçlarda nə qədər güclü olduqlarını göstərdilər. Son dəqiqələrdə sözün əsl mənasında Avropa Liqasından uzaq qaldılar. “Qarabağ”ın çox yaxşı skautları var, əla əcnəbi oyunçular gətirirlər. Avrokubok oyunlarında əsas heyət 2-3 yerli futbolçudan ibarətdir. Bir vaxtlar “Riyeka” ilə çempion olmuş Marko Vesoviç hələ də Azərbaycan çempionunun sıralarındadı”.

Yurçeviç

Qurban Qurbanov haqda da danışıb: "O, "Qarabağ" üçün böyük üstünlükdü. Xosep Qvardiolanın və onun üslubunun pərəstişkarıdı. İmkan daxilində öz üslubunu “Qarabağ”da reallaşdırmağa çalışır. Ağdam təmsilçisi əla texniki futbol oynayır, dominantlığı və topa sahib olmağı sevir. “Dinamo” heç bir halda “Qarabağ”ı qiymətləndirməməlidi. Onların  beynəlxalq təcrübəsi yüksəkdi. Bununla belə, məncə, “Dinamo”nun şansları daha çoxdu. Amma yenə də başa düşmək lazımdır ki, “Qarabağ” zərərsiz rəqib deyil. Onlar bunu evdə uduzduqdan sonra “Ludoqorets”i məğlub edəndə göstərib.

Komandalarında Juninyo, Abdullah Zubir, Yassin Benzia və Leandro Andradeni qeyd edərdim".

Millimizin sabiq çalışdırıcısı Bakıda azarkeş amilinə də toxunub: "Qarabağ"ın çempionatdakı oyunlarına baxmağa bir neçə min adam gəlir, amma avrokuboklarda oynayanda stadion dolur. Stadiondakı atmosfer əla və ruhlandırıcı ola bilər. İştirak etdiyim “Qarabağ” – “Sevilya” matçını xatırlayıram, alqışlar gurultulu və əla idi”.

Xatırladaq ki, Yurçeviç millimizin baş məşqçisi postunda məhz Qurban Qurbanovu əvəzləyırək 1 il işləyib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC