Avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək

Avqustun 22-də Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı əsasında avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək.

Presssport.az xəbər verir ki, Bakı bulvarında, AKAF-ın binasının qarşısında təşkil olunacaq turnirdə paytaxtla yanaşı Mingəçevirdən olan yeniyetmə və gənc idmançılar müxtəlif yaş kateqoriyalarında yarışacaq.

İdmançılar kayak və kanoe növlərində 200, 500 metr məsafədə bir və iki nəfərlik qayıqlarda, akademik növdə isə 500 metr məsafədə yalnız bir nəfərlik qayıqda mübarizə aparacaq. Saat 11:00-dan etibarən start götürəcək Bakı çempionatı bir gün davam edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC