"Qarabağ"ın sabiq qapıçısı 37 yaşında İngiltərə Premyer Liqa klubuna döndü

"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç İngiltərə Premyer Liqasında çıxış edəcək.

Presssport.az xəbər verir ki, 37 yaşlı bosniyalı qolkiper "Everton"la anlaşıb. 

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Beqoviç köhnə-yeni klubu ilə 2024/25 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayacaq.

Xatırladaq ki, Asmir 2019/20 mövsümünün ilk yarısında icarə əsasında "Qarabağ"da çıxış edib. O son mövsümü Çempionşipdə “Kuinz Park Reyncers”də keçirib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC