Qurban Qurbanov 0:3 hesablı məğlubiyyətə görə hansısa səbəb axtarmalı olmadıqlarını dedi: "Bəlkə 3-cü qol artıq oldu"

"Qarabağ" Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Dinamo"ya (Zaqreb) 0:3 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq ilk olaraq görüşü dəyərləndirib:

- Əfsuslar olsun ki, böyük hesabla məğlub olduq. "Dinamo"nun gücünü bilirdik. Ümumən pis hazırlaşmamışdıq. Sonda böyük riskə getmişdik. Futbolçularım sona qədər çəkinmədi, hücumda oynadıq. Bəlkə 3-cü qol artıq oldu. Amma 3:0 hesablı qələbə qazanıblarsa, haqq ediblər. Rəqibi təbrik edirəm. Amma cavab oyunu olacaq. Bir az itkilərimiz var, bizə problem yarada bilər. Cavab matçına yaxşı nəticə üçün sona qədər vuruşan kollektiv hazırlayacağıq. Burda etdiyimiz bəzi səhvləri Bakıda düzəltməyə çalışacağıq.

- Qol epizodlarının dəyərləndirilməməsini ilə əlaqələndirirsiz?

- Futbolçuların eyforiyada olmasına inanmıram. Onları oyuna psixoloji olaraq hazırlamışdıq. Həqiqətən xeyli sayda qol epizodumuz oldu. Rəqibin qapıçısını da nəzərə almaq lazımdı. Çox yaxşı oyun göstərdi. Futbolda belə hallar olur və ona görə çox narahat deyiləm. Futbolçular bəlkə də Bakıda daha rahat olacaq. Bəzi futbolçular ilk dəfə idi Çempionlar Liqasının pley-offunda oynayırdı. Səviyyə qalxdıqca həyəcan çoxalır. Son vuruşlarda bəlkə də həyəcan mane olurdu. Buna görə futbolçularımı qınamıram. 

- Redon Cica ilə Nəriman Axundzadəni meydana buraxmamağınızım səbəbi nədir?

- Bir o qədər də müdaxilə ediləsi səbəb yox idi. Sadəcə bir dəyişiklik etdik. Oyun normal gedirdi. Son 10 dəqiqədə rəqib bizi əks-hücumda tutdu. Oyunun tempi aşağı düşdükcə bu hallar oldu. Bakıda lazım olsa, dəyişikliklər edəcəyik. 0:3 hesablı məğlubiyyətə görə hansısa səbəb axtarmalı deyilik. Düzgün təhlil edib Bakıda çatışmayan cəhətləri aradan qaldırmağa çalışacağıq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC