Yakiroviç "Qarabağ"ın zəif cəhətlərindən istifadə etdiklərini açıqladı: "Hakimlər bəzi anlarda müəyyən səhvlərə görə üzr istədi"

"Futbolçularımı təbrik edirəm. Qarşılaşmanı yüksək səviyyədə keçirdik. Lakin rəqibimiz heç də zəif deyildi. "Qarabağ"la bağlı matçdan əvvəl dediklərim bu görüşdə təsdiqini tapdı. Şübhəsiz ki, rəqibimiz "Ludoqorets"dən daha yaxşı komandadı. Uzun müddətdir birlikdədirlər və görürsən ki, onların müəyyən oyun sistemi var. Bilirdik ki, bu, bizə çətinlik yaradacaq, bəzi məqamlarda əziyyət çəkəcəyik. Müdafiədə bəzi kobud səhvlər etdik. Qapıçımız İvan Nevistiç yaxşı oynadı".

Presssport.az xəbər verir ki, bunu Xorvatiyanın "Dinamo" klubunun (Zaqreb) baş məşqçisi Sergey Yakiroviç "Qarabağ"a qarşı Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssisin fikrincə, hesabda 1:0 öndə olarkən çempionumuz üstünlüyü ələ almışdı: "Onlar imkan tapanda çox yaxşı oyun sərgiləyir. 60-cı dəqiqəyə qədər müdafiədə boşluqlar verirdik. Lakin sonradan ərazi üstünlüyü yenidən bizə keçdi. Hətta qarşılaşmanın son anlarında bir neçə qol imkanını boşa verdik".

Yakiroviç deyib ki, tamaşaçılar üçün fantastik oyun oldu: "Yaxşı mübarizə apardıq. Bir daha təsdiq olundu ki, rəqib hücumu və müdafiəsi olan çox güclü komandadır. Təzyiqimiz bir az azalan kimi onlar 6 oyunçu ilə cərimə meydançasının qarşısında olurdu və ciddi şəkildə təzyiq edirdi. "Qarabağ" yaxşı oynayır, amma biz də onların zəif cəhətlərindən istifadə edirdik". 

Matçda sarı vərəqə alan xorvatiyalı çalışdırıcı hakim idarəçiliyinə də toxunub: “Oyunun sonuna yaxın rəqib futbolçusu topa əli ilə toxundu.  Cərimə meydançasında idi ya yox, bilmirəm. Hakimlik yaxşı idi. Hətta bəzi anlarda müəyyən səhvlərə görə üzr istədi”.

Yakiroviç 3:0 hesablı qələbəyə baxmayaraq hesab edir ki, cütün taleyi növbəti oyundan sonra bəlli olacaq: "Ötən mövsümün təcrübəsindən öyrəndik ki, hər imkanından istifadə etməliəsən. Bu nəticəyə görə məmnunuq. Lakin oyundan əvvəl də bilirdik ki, nəticə nə olursa olsun, bizi daha 90 dəqiqə gözləyir".
Xatırladaq ki, "Qarabağ" və "Dinamo" arasında cavab matçı avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC