"Qarabağ" Julio Romaonu itirdi

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”suyla cavab oyunu öncəsi heyətlə bağlı daha bir itkiylə üzləşib.

Presssport.az xəbər verir ki, braziliyalı futbolçu Julio Romao Bakıdakı qarşılaşamada forma geyinə bilməyəcək.

Buna səbəb adıçəkilən mərkəz yarımmüdafiəçisinin cari turnirdə 3-cü "sarı"nı alaraq vərəqə limitini aşmasıdı. 

Xatırladaq ki, “Qarabağ”ın monteneqrolu Markoları - Veşoviç və Yankoviç zədəli olduqlarından “Dinamo”yla matçları kənardan izləmək məcburiyyətindədi.

Xatırladaq ki, ağdamlılar Xorvatiya çempionunu avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC