"Qarabağ"a qol vuran sabiq "Yuventus"lu hər şeyin həll olunduğunu düşünmür: "Cavab matçı ərəfəsində rəqibə çox hörmətlə yanaşmalıyıq"

"Yaxşı oyun, yaxşı nəticə oldu. Şikayət etməyəcəm - yaxşı nəticədi. Rəqib hücumlara atılanda daha çox qol vura bilərdik. Bakıya böyük inamla gedirik".

Presssport.az xəbər verir ki, bu sözləri Zaqreb "Dinamo"sunun futbolçusu Marko Pyatsa Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"la ev oyunundan sonra deyib.

3:0 hesabıyla qalib gəldikləri matçda hesabı açan xorvatiyalı yarımmüdafiəçi buna görə çox xoşbəxt olduğunu bildirib: “Maksimir”ə qayıtdıqdan sonra rəsmi oyunda ilk qolu vurmaq rahatlıq gətirir. Ən çox da komandaya görə sevinirəm. Mövsümün ilk avrokubok oyununda “Maksimir”də  qol vuruduğum üçün şadam".

Sabiq “Yuventus”lu cavab matçı haqda da danışaraq, böyükhesablı qələbəyə baxmayaraq, Bakıda çox ehtiyatlı oynamalı olduqlarını vurğulayıb: "Düşünmürəm ki, hər şey həll olunub. "Qarabağ" nə qədər yaxşı komanda olduğunu göstərdi. Mütləq özümüzə inanmalıyıq. Amma onları bizdən zəif qəbul etməməliyik. "Qarabağ"ın ilk hissədə çox imkanı oldu. Cavab matçı ərəfəsində rəqibə çox hörmətlə yanaşmalıyıq".

Xatırladaq ki, "Qarabağ"la “Dinamo”nun cavab qarşılaşması avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC