"Neftçi"nin Qara Qarayevlə bağlı baş məşqçinin seçiminə qarışmaq fikri yoxdu: "Elə etməliyik ki, heç bir tərəf ziyan görməsin"

"Neftçi"nin media üzrə koordinatoru Rüstəm Əfsərli təcrübəli futbolçuları Qara Qarayevin komandadakı taleyi barədə danışıb.

Presssport.az xəbər verir ki, klub rəsmisi hazırda bu məsələ ilə bağlı yenilik olmadığını söyləyib: “Qara Qarayevlə bağlı məsələ hələlik klubun daxilində qalsın. Elə etməliyik ki, heç bir tərəf ziyan görməsin. Danışıqlar gedir və bu haqda ictimaiyyətə məlumat veriləcək. Qara Azərbaycan futbolunda iz qoymuş futbolçudu, böyük xidmətləri var. Əminəm ki, bundan sonra da olacaq. Hər birimiz ona hörmət edirik. Amma baş məşqçinin seçiminə qarışmaq fikrimiz yoxdu”.

Xatırladaq ki, “Neftçi”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk Qarayevi əsas heyət oyunçusu kimi görmədiyini mətbuata rəsmən açıqlayıb. Əvəzedici heyətə göndərilən 32 yaşlı yarımmüdafiəçinin “transfer pəncərəsi” bağlanandək başqa kluba keçəcəyi gözlənilir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC