Kulenoviç "Qarabağ"a vurduğu qollardan danışdı: "Azərbaycana üstünlüklə gedirik"

"İstədiyimizi etdik və Azərbaycana üstünlüklə gedirik. Daha bir neçə qol vurmaq imkanımız vardı. Amma bu da gözəl nəticədi. İndi növbəti çempionat oyununa hazırlaşmalıyıq".

Presssport.az xəbər verir ki, bu sözləri "Dinamo"nun (Zaqreb) futbolçusu Sandro Kulenoviç ötən gecə Çempionlar Liqasının pley-offunda "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldikləri görüş haqqında danışarkən deyib.

Meydana 63-cü dəqiqədə daxil olaraq qısa müddətdə dubla imza atan 24 yaşlı hücumçu belə bir matçda fərqlənməyin gözəl hiss olduğunu vurğulayıb: "Bu oyunda qol vurmaq gözəl hissdi. Xüsusən də bir xorvatiyalı üçün…Zaqrebdə doğulmuşam və “Dinamo”da böyümüşəm. Yenə də diqqətli olmalıyıq".

Kulenoviç komanda yoldaşı Martin Baturinanın ona qol ötürməsi verməsi barədə də danışıb: “Baturinanın necə futbolçu olduğunu hamımız bilirik. Onun ”10 nömrə"li formanı geyinməyinin bir səbəbi var. Baturina qeyri-adi istedaddı. Ona verdiyi qol ötürməsinə görə təşəkkür edirəm. Bilmirəm ki, niyə özü qol vurmadı, mənə ötürmə etdi (gülür)". 

Xatırladaq ki, "Qarabağ"la "Dinamo" arasında cavab matçı avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC