Xorvatiya millisinin üzvü təşəkkür etdi: "Ötən mövsümdəki oyunlarına əsasən bilirik ki, bizi "Qarabağ"la Bakıda çətin oyun gözləyir"

"Komanda yoldaşlarımın əzminə, səylərinə və bu gecə oynadıqları oyuna görə təşəkkürlər. "Qarabağ"ın çətin rəqib olduğunu və burda bizə qarşı necə oynayacaqlarını bilirdik".

Presssport.az xəbər verir ki, bu sözləri Zaqreb "Dİnamo"unun futbolçusu Petar Suşiç Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"la ilk oyunundan sonra deyib.

Xorvatiya millisinin üzvü olan yarımmüdafiəçi ilk oyundakı 3:0 hesablı qələbəyə baxmayaraq, cavab matçının onlar üçün asan olmayacağını söyləyib: "Planımız reallaşdı, böyük üstünlük qazandıq. Lakin bilirik ki, heç nə bitməyib. Ötən mövsümdəki oyunlarına əsasən bilirik ki, bizi "Qarabağ"la Bakıda çətin oyun gözləyir. Gedib oynayacağıq və uğur qazanacağıq".

Xatırladaq ki, "Qarabağ"la "Dinamo" arasında cavab matçı avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC