"Omoniya"nın baş məşqçisi: "Zirə" ilə matçboyu diqqətli olmalıyıq, müdafiədə kifayət qədər yaxşı təsir bağışlayırlar"

“Matçboyu diqqətli olmalıyıq. Müsbət nəticə əldə edəcəyimizə inanıram. Rəqibimiz keyfiyyətli komandadı”.

Presssport.az xəbər verir ki, bunu "Omoniya"nın baş məşqçisi Valdas Dambrauskas Kiprdə "Zirə"yə qarşı keçirəcəkləri Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Litvalı mütəxəssis azarkeşləri kimi, özlərinin də bu qarşılaşmanı səbirsizliklə gözlədiklərini deyib: "Ümid edirik ki, onları sevindirəcəyik. "Zirə"nin müxtəlif güclü tərəfləri var. Müdafiədə kifayət qədər yaxşı təsir bağışlayırlar".

Xatırladaq ki, avqustun 22-də GPS stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC