Qurban Qurbanov: "Komandamda xoşuma gələn o oldu ki, istənilən hesaba baxmayaraq, yenə də rəqibin üzərinə atıldıq"

Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyada "Dinamo"ya 0:3 hesabı ilə məğlub olan "Qarabağ" Azərbaycana qayıdıb.

Presssport.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov hava limanında "CBC Sport"un suallarını cavablandırıb

Dünənki oyun və cavab görüşü haqda danışan təcrübəli mütəxəssis həmçinin "Dinamo"dakı həmkarı Sergey Yakiroviçin "Qarabağ"ın zəif tərəflərindən istifadə etdik" açıqlamasına da münasibət bildirib: "Düzünü desəm, matçla bağlı çox fikir bildirmək olar. Amma hər şey göz qabağındadı. Həddindən artıq açıq oyun getdi, xüsusilə ikinci hissədə. Dediyim kimi, "Dinamo" təcrübəli rəqibdi. Onların hazırlaşmaq üçün vaxtı daha çox olub. Rəqibin baş məşqçisi zəif nöqtə deyəndə, ola bilər, müdafiəmizi nəzərdə tutub. Əks-hücumlardan yaxşı istifadə edə bildilər. Əksinə, komandamda xoşuma gələn o oldu ki, istənilən hesaba baxmayaraq, yenə də rəqibin üzərinə atıldıq. Çünki prinsiplərimizdən ən birincisidi. Əldə etdiyimiz uğurları bununla qazanmışıq. Bakıdakı oyunda həmin epizodları rəqibə verməməyə çalışacağıq".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC