Azərbaycanda voleybol məşqçiləri üçün seminarlar təşkil olunacaq

Azərbaycanda voleybol məşqçiləri (uşaq voleybolu və professional voleybol) üçün seminarlar təşkil olunacaq.

Presssport.az xəbər verir ki, seminarlar Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun və Beynəlxalq Voleybol Federasiyasının dəstəyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Milli İdman Sistemlərinin İnkişafı (DNSS) proqrmanı çərçivəsində baş tutacaq.

Seminarları FIVB-nin təlimatçı-eksperti Athanasios Papageorgiou və məşqçi-instruktoru, AVF-nin Təhsil şurasının rəhbəri Cengiz Akarçeşme keçəcək.

Ümumilikdə 4 seminar təşkil olunacaq ki, bunlardan 3-ü Bakıda, 1-i isə Gəncədə baş tutacaq.

Proqram

29.08.2024

Aşağı yaş qrupları üzrə məşqçilər (Gəncə)

31.08.2024

Aşağı yaş qrupları üzrə məşqçilər (Bakı)

01.09.2024

Yüksək liqa komandalarının məşqçiləri (Bakı)

02.09.2024

Çimərlik voleybolu məşqçiləri (Bakı)

Onu da bildirək ki, seminarlarda aşağı yaş qrupu üzrə məşqçi-müəllimlər, çimərlik voleybol üzrə məşqçilər və Yüksək liqa komandalarında çalışan məşqçilər iştirak edə biləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC