"Araz-Naxçıvan" ÇL-də yeni mövsümə böyükhesablı qələbəylə başlayıb

UEFA Çempionlar Liqasının (ÇL) 2024-2025-ci il mövsümündə “Araz-Naxçıvan” ilkin mərhələdə mübarizəyə başlayıb. Presssport.az xəbər verir ki, təmsilçimiz Şimali İrlandiyanın “Sparta Belfast” klubu ilə üz-üzə gəlib. Azərbaycan çempionu matça itki ilə çıxmışdı. Belə ki, Lazar Milosavljeviç qırmızı vərəqə cəzalısı olduğuna görə bu oyunu buraxmalı olub. 

Matçda hesabı Giovanni açıb. Braziliyalı fasilə ərəfəsində növbəti dəfə rəqib torunu silmələməklə komandasının üstünlüyünü 2 topa çatdırıb.

İkinci hissəyə də Valrionun qolu ilə başlayan “qırmızı-ağlar” 29 saniyə sonra Manafovla hesabdakı fərqi 4 top çatdırıb. Yeni transferlərdən Yaniç də adını tabloya yazdırıb. 6-cı qolun müəllifi Amadeu olub. Oyunda son nöqtəni Emil Həsənzadə qoyub. 

Beləliklə, ilk oyunda böyükhesablı qələbə qazanan Vitali Borisovun komandası mübarizəyə uğurla start verib. Naxçıvanlılar sabah Estoniya çempionu “Sillamae Silla” ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
 

“Araz-Naxçıvan” – “Sparta Belfast” (Şimali İrlandiya) (2:0) 7:1

21 avqust. Uddevalla. Saat 18:00

Hakimlər: Trayan Enchev (Bolqarıstan), Yasin Alageyik (Belçika), Daniel Stauber (Avstriya)

Timekeeper: Kastriot Gerxhaliu (İsveç)

Hakim-inspektor: Timo Onatsu (Finlandiya)

UEFA nümayəndəsi: Andris Utinans (Latviya)

Qollar: Giovanni Valerio, 2:06, 19:33, 20:32, K. Manafov, 21:01, Yaniç Aleksandar, 26:54, Amadeu, 32:18, E. Həsənzadə, 39:16 // Best, 34:49

Sarı vərəqələr: Ruhi, 15:50 // Caique, 15:50

 

“Araz-Naxçıvan”

1. Emin Kürdov (q, k), 6. Caique, 8. Giovanni Valerio, 17. Kadinho, 20. Amadeu, 12. Kamran Hacıyev (q), 19. Vladislav Reznov (q), 7. Yaniç Aleksandar, 9. Emil Həsənzadə, 10. Kənan Manafov, 11. İaqo Henrique, 14. Xəzər Ağalızadə, 18. Ülvi Əliyev

Baş məşqçi: Vitali Borisov

“Sparta Belfast”1. MkErlain (q), 2. Gibson, 5. Ruhi (k), 7. Best, 10. Pedro Qomes, 22. Puica (q), 3. Leyşon, 4. Dias, 6. Tavares, 8. Loury, 11. Verenka, 20. Ryçel, 23. Tavares

Baş məşqçi: Mattheu Kross

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC