Miroslav Kloze: "Mahir Emrelinin yaşıl meydalara qayıtması tarixiylə bağlı ptoqnoz vermək çətindi"

Millimizin futbolçusu Mahir Emrelinin “Nürnberq”də  komanda ilə məşqlərə başlayacağı vaxt müəyyənləşib.

Presssport.az Almaniyanın məşhur "Bild" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu sentyabrda - yığmaların beynəlxalq matçlarından sonra kollektivə qoşula biləcək.

Emreli hazırda II Bundesliqa təmsilçisində reabilitasiya üzrə məşqçi Cerald Ştürzenhofekerlə birlikdə fərdi məşqlər edir.

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze azərbaycanlı forvardın yaşıl meydanlara qayıtması ilə bağlı bunları söyləyib: "Hələlik proqnoz vermək çətindi. Həftədən-həftəyə reaksiyanın nə olduğunu görməliyik".

Xatırladaq ki, Mahir “Nürnberq” ilə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC