"Qarabağ"ın akademiyasının futbolçuları "Dinamo"da təcrübə keçəcək: "U-19 komandamız orda beynəlxalq turnirdə iştirak edə biləcək"

"Qarabağ"ın aşağı yaş qruplarından ibarət komandalarının futbolçuları Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda təcrübə keçəcəklər.

Presssport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin akademiyasının meneceri Nail Kərimov açıqlamasında bildirib.

Xorvatiya çempionunun bazasında olan klub rəsmisi səfərlə bağlı fikirlərini bölüşüb:

"Dinamo"nun akademiyasının səviyyəsi, demək olar ki, hamıya məlumdur. Rəhbərlik belə məsləhət gördü ki, oraya gedək, təcrübələrini bölüşək və öyrənək. Baza ilə tanış olduq, məşqlərə baxdıq. Onların yanaşmaları bizim üçün maraqlı idi. Həm komanda kimi, həm də futbolçuların fərdi inkişafı baxımından hansı məsələlərin üzərində dayandıqlarını bilmək istədik. İşin gedişatı müəyyən qədər bənzərdi. Amma yanaşmada müəyyən fərqlər var. Özümüz üçün qeydləri götürdük və gələcəkdə bu klubla qarşılıqlı görə biləcəyimiz işləri müzakirə etdik. Bir sözlə, səmərəli görüş oldu".

Nail Kərimov akademiyanın oyunçularının Zaqreb təmsilçisində təcrübə keçəcəklərini diqqətə çatdırıb: "Təcrübə baxımından bunu mütləq edəcəyik. Bu barədə fikirləşmişik və əməli addımlar da atılacaq. Tək "Dinamo" ilə deyil, başqa bir neçə klubla iş qurmaq niyyətindəyik. Bir həftə və ya on gün də olsa, futbolçuların, məşqçilərin o fərqləri görməsini istəyirik. Artıq müəyyən danışıqlar olub. Xorvatiyada yerində danışıqlar oldu. Onlar da dedilər ki, məmnuniyyətlə qarşılamağa hazırıq".

Menecer 18 yaşı tamam olmayan futbolçunun xaricdə oynamasının isə ağır proses olduğunu vurğulayıb: "Bunun üçün valideynlərin köçməsi də nəzərdə tutulmalıdır. Qeydiyyat işləri çox çətin olur. Yetkinlik yaşına çatmayan oyunçu başqa ölkəyə gedirsə, orada ilk səbəb futbol olmamalıdır. Başqa bir səbəbdən xaricə köçürlərsə, klubunu dəyişə bilər. Bizim klub olaraq 18 yaşı tamam olmayan futbolçunu harasa göndərməyimiz real deyil".

N.Kərimov "Qarabağ"ın U-19 komandasının "Dinamo"nun təşkilatçılığı ilə 2025-ci ildə Mladen Ramlyakın xatirəsinə həsr olunacaq beynəlxalq turnirdə iştirak edə biləcəyini diqqətə çatdırıb (report.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC