“Zirə” rəsmisi: "Omoniya” ilə səfər oyununda stadionda azərbaycanlı azarkeşlər olmayacaq

“Məndə olan məlumata görə, stadionda azərbaycanlı azarkeşlər olmayacaq”.

Presssport.az xəbər verir ki, bunu “Zirə”nin mətbuat katibi Elmar Abdullazadə Konfrans Liqasının pley-off mərhələsində səfərdə Kipr təmsilçisi “Omoniya”ya qarşı keçirəcəkləri matçla bağlı deyib.

O, bu gün Larnaka şəhərindəki GSP stadionunda gerçəkləşəcək oyunda azərbaycanlı azarkeşlərin yer alıb-almayacağı ilə bağlı sualı cavablandırıb:

“Düzdür, UEFA-nın qaydalarına görə tribunların tutumunun 5 faizi qonaq azarkeşlər üçün ayrılıb. Amma həmin yerlər boş qalacaq. Çünki bizə biletlə bağlı müraciət edən olmayıb. Kiprdə, demək olar ki, azərbaycanlı yaşamır. Bura ada ölkəsidir deyə, giriş-çıxış, viza almaq bir qədər çətindir. Ona görə də çox güman, stadionda bizim azarkeşlər görünməyəcək”.

Qeyd edək ki, “Zirə”nin Kipr klubu ilə görüşünün start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək. Tərəflər arasında cavab oyunu bir həftə sonra “Liv Bona Dea Arena”da keçiriləcək (report.az)

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC