Berdıyev istədi, sürət qatarı ayrıldı

"Turan Tovuz" baş məşqçisi Kurban Berdıyevin istəyini reallaşdırıb.

Presssport.az xəbər verir ki, klub rəhbərliyi təcrübəli mütəxəssisin istəyi ilə Azərbaycan Dəmir Yolları ilə müqavilə imzalayıb.

Anlaşmaya əsasən, qarşı tərəf Qərb təmsilçisi üçün sürət qatarı ayırıb. 4 vaqondan ibarət qatar yalnız "Turan Tovuz"a xidmət edəcək.

Xüsusi reys üzrə işləyəcək nəqliyyat vasitəsinin hərəkət qrafikini Berdıyevin özü müəyyənləşdirəcək.

Məsələn, "Turan Tovuz" ev oyununu saat 20:00-da başa vuracaqsa, qatar 1 saat sonra vağzalda onları gözləyəcək.

Xatırladaq ki, gündəlik məşqlərini Bakıda keçən komanda əvvələr Tovuza avtobusla gedib-gəlirdi (sportinfo.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC