İspaniya klubunun hücumçusu "Qarabağ"la müqavilə imzalamaq üçün Bakıya gəlib

"Qarabağ" növbəti transfer çalışmasını başa vurub.

Presssport.az xəbər verir ki, Ağdam təmsilçisi xeyli müddətdir danışıqlar apardığı vingerlə ortaq məxrəcə gəlib.

Kimdir o? Gəlin tanış olaq – Emmanuel Addai. Yeni transfer səhər saatlarında Azərbaycana təşrif buyurub.

"Köhlən atlar"ın anlaşdığı əcnəbi qanalıdır. Addainin 23 yaşı var. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun çox bəyəndiyi vinger "JMG Akademi"nin yetirməsidir. 2021-2022-ci illəri Fransada keçirib. “Bobiqni”nin formasını geyinib.

2022-ci ildən üzü bəri isə karyerasını İspaniyada davam etdirib. Ötən müddətdə “Alkonkon”un heyətində Sequndada 52 matça çıxıb və 5 qol vurub. Afrikalı cinah oyunçusu bu gün tibbi baxışdan keçəcək.

Azərbaycan çempionu bu yay 5 yeni müqavilə bağlayıb. Musa Qurbanlı "Yurqorden"dən (İsveç), Şahruddin Məhəmmədəliyev "Adana Demirspor"dan (Türkiyə) geri qayıdıb. Sadiq Məmmədzadə "Səbail"dən, Fabiyan Buntiç "Vizela"dan (Portuqaliya) və Mateuş Koxalski "Stal"dan (Polşa) transfer olunub (sportinfo.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC