Avarçəkmə üzrə açıq Bakı çempionatı keçirilib

Avarçəkmə üzrə açıq Bakı çempionatı keçirilib.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, yarış AKAF ilə Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı əsasında baş tutub.

Bakı bulvarında AKAF-nin binasının qarşısında təşkil olunan turnirdə paytaxtla yanaşı, Mingəçevirdən olan yeniyetmə və gənc idmançılar müxtəlif yaş kateqoriyalarında yarışıb.

Avarçəkənlər kayak və kanoe növlərində 200, 500 metr məsafədə bir və iki nəfərlik qayıqlarda, akademik növdə isə 500 metr məsafədə yalnız bir nəfərlik qayıqda mübarizə aparıb. Maraqlı mübarizə şəraitində keçən açıq Bakı çempionatında qalib gələn idmançılar medal və diplomla mükafatlandırılıb.

Onu da bildirək ki, yeniyetmə və gənclər arasında ölkədaxili yarışların təşkil edilməsində əsas məqsəd perspektivli idmançıları üzə çıxarmaq, gələcəkdə onlar arasından peşəkar idmançı yetişdirməkdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC