Stolüstü tennisçilərimiz beynəlxalq yarışda iştirak edir

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Onur Quluzadə ilə Yağmur Məmmədli daha bir mötəbər yarışda iştirak edir.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Presssport.az-a verilən məlumata görə, idmançılarımız baş məşqçi Mixail Timofeyevin rəhbərliyi altında Fransanın Şiltiqheym şəhərində təşkil olunan “Euro Mini Champs” turnirində mübarizə aparır.

2011-2012-ci il təvəllüdlü idmançılar arasında keçirilən yarışda qitənin ümumilikdə 224 stolüstü tennisçisi bacarığını göstərir. 

Bu gün startı verilən beynəlxalq turnirə avqustun 25-də yekun vurulacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC