Nərgiz İsmayılova Avropa çempionatının təsnifat mərhələsinin oyununa təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova Avropa çempionatının təsnifat mərhələsinin oyununa təyinat alıb.

Presssport.az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, D qrupunda yer alan Estoniya və Xorvatiya komandalarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Avqustun 24-də Estoniyanın paytaxtı Tallində keçiriləcək oyunun hakimləri polşalı Maqdalena Nevyarovskа və almaniyalı Benedikt Qеukеs olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC