"Mustafa əsas transfer hədəflərimizdən biri idi, onu çoxdan izləyirdik" - Qriqorçuk

“Çox şadam ki, Mustafa Sek bizim oyunçu oldu. Onu çoxdan izləyirdik".

Presssport.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk yeni transfer Mustafa Sekin keçidinə münasibət bildirərkən deyib.

Ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında Seneqal əsilli ispaniyalı futbolçunun “ağ-qaralar”ı gücləndirə biləcək keyfiyyətli və təcrübəli oyunçu olduğunu söyləyib:

“Mustafa əsas transfer hədəflərimizdən biri idi. O, “Neftçi”ni gücləndirə biləcək keyfiyyətli və təcrübəli futbolçudu. Mustafanın hazırda yaxşı formada olması da məni sevindirir. Buna görə də ümid edirəm ki, komandaya uyğunlaşmaq üçün çox zamana ehtiyacı olmayacaq”.

Xatırladaq ki, paytaxt təmsilçisi ilə 3 illik müqavilə bağlayan müdafiəçi yeni komandasında “24 nömrə”li formanı geyinəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC