"Qaçmaq qorxaqlıqdı, heç kimin qarşısından qaçan deyilik" - Adil Şükürov

"Kəpəz" Misli Premyer Liqasının IV turunda səfərdə "Səbail"ə 0:4 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq ilk olaraq görüşü dəyərləndirib. 

- Belə oyunlardan sonra danışmaq ağırdı. Daha yaxşı komanda görmək istəyirik. Amma komanda istədiklərimizi meydanda həyata keçirə bilmir. Vaxt lazımdı. O vaxtı qazana bilsək... Rəhbərliklə danışmışıq. İstəyirlər ki, komandamıza yeni oyunçular cəlb edək. Bu yöndə işlərimiz davam edir.

- Yaydakı fasilədə digər komandalar çempionata hazırlaşırdı. "Kəpəz" nə edib?

Sıfırdan yığılan komandaya ayyarım bəs etmir. Vaxt lazımdı. Hətta nəzərə alsaq ki, komandadakı oyunçuların hamısı gəncdi, daha uzun müddət lazımdır. Komanda hazırlaşıb. Bu kollektiv gələcəkdə gücünü göstərəcək.

- 360 dəqiqəyə qol yoxdu. Bu nə ilə əlaqədardı?

Etdiyimiz səhvlərdən sonra qollar buraxırıq. Komanda az səhv etməlidr ki, qol buraxmasın. Bunları görürük.

- Toparlanmaq üçün zamana ehtiyacınız var dedinizz. Vaxt dolana qədər qalacaqsınız "Kəpəz"də, yoxsa bezib gedəcəksiniz?

Ən asan şey qaçmaqdı. Heç kimin qarşısından qaçan deyilik. Komandamızı da düzəldəcəyik. Bu komanda ilə Premyer Liqada oynayacağıq. Qaçmaq qorxaqlıqdı. Top buraxırıq, amma çalışırıq ki, müdafiədə oturmayaq, hücum edək.

- Transferlər üçün klubun pulu var?

Məcburuq. Rəhbərlik özü də vəziyyəti görür. Bu vəziyyətdən çıxış yolu axtarırlar. Bir şeylər fikirləşib, tapacaqlarına inanıram.

- Yayda Azərbaycanın iki klubu sizinlə maraqlanırdı. Getmədiyiniz üçün peşmansınız?

Qətiyyən! "Kəpəz" tarixi klubdu, tarixdə çox uğur qazanıb. Bu, mənə bəs edir.

- Transferlər etməli olduğunuzu dediniz. Rəhbərlik yayda yatmışdı?

Çalışırdıq. Boşluqları görmək üçün bu şeyləri yaşamalı idik.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC