Şahin Diniyev: "Hesab bizi aldatmasın"

"Səbail" Misli Premyer Liqasının IV turunda doğma meydanda "Kəpəz"i 4:0 hesabı ilə məğlub edib.

Presssport.az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Şahin Diniyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə qarşılaşmanı dəyərləndirib.

- Düşünürəm ki, maraqlı oyun oldu. İstədiyim futbolu ala bildim. Komanda yaxşı oynadı. İlk dəqiqədən sonadək dinamikanı saxladıq. Futbolçularıma təşəkkür edirəm. Yeni komandayıq. 11 nəfərdən 10-u ilk dəfədir ki, komandadadı. Zamanı tələsdirmək lazımdı. "Kəpəz" də yeni heyətə malikdi. Premyer Liqada qalmaq üçün mübarizə apara bilər. Hesab bizi aldatmasın. Onlar vuruşurdu, başabaş mübarizə aparırdı. İrəliyə baxmalıyıq. Bu oyunu unudub gələn oyuna köklənməliyik.

- Dördüncü oyunda ilk qələbəni qazandınız...

2:0-da da çətin idi. Bir qol buraxsaydıq, futbolçular psixoloji düşə bilərdi. Ardınca 2-ci qol gələ bilərdi. Amma komandamızın oyunu gedirdi. Üçüncü qoldan sonra qələbənin uzaqda olmadığını hiss etdik.

- Avrokuboklarda ən çox gözlənilməz hansı oldu, "Zirə", yoxsa "Qarabağ"ın məğlubiyyəti?

Hər ikisi. İkisi də bizim üçün eyni komandadı. Hesab baxımından..."Qarabağ" oyun göstərdi. Oyuna baxmayan deyərdi ki, darmadağın oldu. Halbuki 3:0 əks tərəfdə olmalıydı. "Qarabağ" müdafiədən oynamadı, öz futbolunu oynadı. Alqışlanası haldı. Oyun varsa, nəticə olacaq. "Qarabağ"a və "Zirə"yə görə üzüldüm. "Zirə"nin oyunu ilk dəqiqələrdən alınmadı. Oyun baxımından artırıblar. Sadəcə, olmadı. Nəsə olmuşdu..."Zirə" öz səviyyəsindən aşağı çıxış etdi. Baş məşqçi daha yaxşı bilər. Bu hesaba layiq deyildilər. "Qarabağ"da isə hesab tərsinə ola bilərdi. Yuxu kimi idi. Ümid böyükdü.

- Növbəti turda “Turan Tovuz”la qarşılaşacaqsınız “Terek”də baş məşqçi işlədiyiniz dönəmdə Kurban Berdıyevin “Rubin” klubuna qarşı rəqib olmasanız da, onu yaxşı tanıyırsız. Sizcə, onu siz məğlub edəcəksiz, yoxsa sabah Qurban Qurbanov?

"Terek"də işləyəndə tanışlığımız var idi. Çox səviyyəli məşqçidi. Öz işçilərini gecə 3-4-ə qədər saxlaylıb hər şeyi analiz edən, intizamı sevən biridi. Müdafiədə daha etibarlı, risk etməyi sevən məşqçidi. "Qarabağ" kağız üzərində daha güclü görünür. Amma futboldu. Bilmək olmaz hansı heyətlə oynayacaqlar. Maraqlı oyun olacaq. Heç bir komandanın məğlubiyyətini istəmirəm. Azarkeşlik etdiyim "Səbail"dir. Hər ikisinə uğurlar arzulayıram. "Qarabağ"ın hücumda, "Turan Tovuz"un müdafiədə oyunu yaxşı alınır. "Çelsi" "Barselona" ilə qarşılaşırdı və ÇL-də finalda müdafiədə oynayaraq uddu. 

- Hücumçunuz Ayman Boaliyə bir şey olsa, nə edəcəksiniz?

Transferləri qışa qədər bitirmişik. Rotasiyalar edirik. Suleyman Alluşu da oynadırdıq. Samir Abdullayev də var. Çox perspektivli biridi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC