"Qarabağ" - "Dinamo" oyununa nə qədər bilet satılıb?

Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Dinamo" (Zaqreb) cavab oyununa bilet satışı davam edir.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, matça artıq 21 min bilet satılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150  manat təşkil edir.  VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdı.

Azarkeşlər qarşılaşma üçün biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilə.

Qeyd edək ki, avqustun 28-i keçiriləcək "Qarabağ" - "Dinamo" görüşü saat 20:45-də başlayacaq. Bu komandalar arasında ilk matçda Xorvatiya klubu 3:0 hesablı qələbə qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC