Berdıyev "Qarabağ"ı Azərbaycan futbolunun flaqmanı sayır: "Nəticədən razı qalmamaq mümkün deyil"

"Turan Tovuz"un baş məşqçisi Misli Premyer Liqasının IV turunda səfərdə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransı keçirib.

Presssport.az xəbər verir ki, təcrübəli mütəxəssis həm komandasının oyunundan, həm də qazandığı nəticədən razılığını ifadə edib: "Qısa ifadə etməli olsam, uşaqlara bu canfəşanlığa, oyuna, nizam-intizama görə təşəkkür edirəm. "Qarabağ"a "Dinamo" ilə matçda uğurlar arzulayıram. İnanıram ki, onlar mərhələni keçməyi bacaracaq. Əlbəttə ki, nəticədən razı qaldım, razı qalmamaq mümkün deyil. "Qarabağ" çox güclü rəqibdir, Azərbaycan futbolunun flaqmanı sayılır".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC