Qurban Qurbanov fikirlərinin daha çox Çempionlar Liqasında olduğunu etiraf etdi: "Turan Tovuz"u yaxından tanımırdıq, qalib gəlibsə, borcluyuq təbrik etməyə"

"Qarabağ" Misli Premyer Liqasının IV turunda öz meydanında "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq əvvəlcə oyun haqda danışıb.

- Çempionata hazır olmaq baxımından bizim üçün çox vacib oyun oldu. Bu gün qarşımızda yaxşı müdafiə olunan, vuruşan kollektiv var idi. Kurban Berdıyev müdafiəni qurmaqda çox tanınmış mütəxəssislərdən biridi. Həmçinin əks-hücumları yaxşı qurur. Bunu bilirdik. Amma nə qədər də olsa, "Turan Tovuz"u yaxından tanımırdıq. İstər-istəməz fikrimiz daha çox Çempionlar Liqasında idi. Buna baxmayaraq, rəqib qalib gəlibsə, borcluyuq təbrik etməyə. İstəkləri ilə, oyun nizam-intizamı ilə qalibiyyətə layiq idilər. Tovuzda həmişə futbola maraq olub. Bu gün də gördük ki, tribunada Tovuzdan gəlmiş nə qədər azarkeş var idi. Mövsümboyu qarşımızda yaxşı rəqib olacaq. Azarkeşlərimizə təşəkkür edirəm, sona qədər bizimlə oldular.

- İlk penaltidən öncə hakimə etiraz etdiniz. Bu, hansı epizodla bağlı idi?

- Ofsayd epizoduna. Sonra dedilər ki, çox cüzi ofsayd var idi. Gördüyümə görə yox idi. Hakimə dedim ki, ofsayd varsa, oyunu hücum bitəndən sonra saxla.

- "Dinamo" ilə matçın bu oyuna təsiri oldu?

- Ümumiyyətlə, Avropada oynadığımız bütün matçların təsiri var. Fərqli heyət oynayır, bəzi rotasiyalar edirik. Bu müddətdə həmişə məşqlərdən gileylənmişəm. 3-4 gündən bir iki heyət oynayanda futbolçuların hamısı bir yerdə məşq edə bilmir. Məşqin dinamikası, keyfiyyəti pozulur. Amma neçə illərdir belə davam edirik. Əvvəlki iki oyunda hiss olunmadısa, bu gün hiss olundu. Belə sıx qrafikdə futbolçuların hamısının sağlam olması vacibdi. Bizə qarşı çox ciddi hazırlaşan rəqiblər olur. Bu da normaldır. Mövsümün əvvəlidi. Belə məğlubiyyətlərin mənə, komandaya faydası çox olur.

- Yeni qapıçının performansını necə dəyərləndirirsiz?

- Normal. Lazım olan epizodlarda düzgün qərar verdi.

- Demək olar ki, gələcəkdə çox şans qazanacaq?

- Öz əlindədi. Daha yaxşı davam etsə, "yox" deməyəcəyik.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC