Boksçularımız Çitada beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycanın gənc boksçulardan ibarət millisi Rusiyanın Çita şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Boks Federasiyasından Presssport.az-a verilən məlumata görə, yarışda baş məşqçi Elbrus Rzayev və məşqçi Yadigar Məmmədovun rəhbərliyi altında Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (54 kq), Ömər Aslanlı, Tağı Nəsibov (hər ikisi 57 kq) və Məhəmmədəli Qasımzadə (60 kq) mübarizə aparacaq.

Turnir avqustun 26-da başlayacaq. Artıq səfərə yollanan yığmamız avqustun 31-də Vətənə qayıdacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC