"Qarşıdakı həftə Azərbaycanda bizi nələrin gözlədiyini bilirik" - "Qarabağ"a 2 qol vuran "Dinamo"lu

Xorvatiyanın “Dinamo” klubunu futbolçusu Sandro Kulenoviç ölkə çempionatının V turunda “Qoritsa” üzərində qazandıqları qələbəni (2:1) şərh edərkən, Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyununa da toxunub. 

Presssport.az xəbər verir ki, Zaqreb klubunun forvardı avrokubok oyunu ərəfəsində “Qoritsa”ya qarşı matçda 3 xal götürməyin nə qədər vacib olduğunu bildiklərini söyləyib: "Fiziki yorğunluq var, amma mənəvi yorğunluq daha çoxdu. Qarşıdakı həftə Azərbaycanda "Qarabağ"la görüşdə bizi nələrin gözlədiyini bilirik. Baş məşqçi heyəti bir az dəyişib. Bəzi futbolçular debüt etdi və buna görə də bizim daha bir qələbə qazanmağımız çox vacibdi. Baxmayaraq ki, bəzi məqamlarda daha yaxşı görünə bilərdik".

Xatırladaq ki, “Qarabağ” səfərdə 0:3 hesabıyıa yenildiyi “Dinamo”nu avqustun 28-də qəbul edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC