BOK Azərbaycan idmançısı ilə bağlı paylaşım edib

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Paris Olimpiadasında iştirak etmiş Azərbaycan idmançısı Yaylagül Ramazanova ilə bağlı paylaşım edib.

Presssport.az xəbər verir ki, paylaşımda qeyd edilib:

“Çempion ürəyi, ananın gücü. Yaylagül Ramazanova “Paris-2024”də limitləri yenidən müəyyənləşdirdi”.

Onu da bildirək ki, ana olmağa hazırlaşan idmançımızın Olipmpiadanın kamandan oxatma yarışlarında iştirakı bütün dünya mediasının diqqətini cəlb edib. Xarici media nümayəndələri onun bu addımını böyük cəsarət və əsl idmançı əzmkarlığı kimi qiymətləndiriblər. Bir çox beynəlxalq media qurumları Yaylagüldən müsahibə götürmək və onunla reportaj hazırlamaq üçün müraciət edir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC